Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol nişanının aşması sürücülər üçün çətinlik yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, yolun hərəkət hissəsində yerləşən nişanın aşması həm hərəkətin təhlükəsizliyinə mənfi təsir göstərir, həm də sürücülərin istiqaməti düzgün müəyyənləşdirməsini çətinləşdirir.
Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, yol nişanı kənar müdaxilə nəticəsində sıradan çıxıb:

"Yol nişanı tez bir zamanda bərpa olunacaq".