Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Zaqatala sakinləri Dağıstanda qəzaya düşdülər: Azyaşlı həyatını itirdi
Zaqatala sakinləri Dağıstanda qəzaya düşüblər.
Lent.az xəbər verir ki, hadisə Mahaçqalada qeydə alınıb.
Yolda avtoxuliqanlıq edən BMW markalı avtomobil Zaqataladan olan bir xanımın idarə etdiyi maşına çırpılıb. Qəza nəticəsində maşında olan doqquz yaşlı Məşəd Qocayeva dünyasını dəyişib.
Avtomobilin sürücüsü və daha iki qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, qəzaya düşən qadınlar Zaqatala rayonunun Aşağı Çardaxlar kəndindəndir.
Həmin görüntüləri təqdim edirik:
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda ara məsafəsini düzgün seçməyən sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
- Sumqayıtda avtomobil vuran qadının vəziyyəti AÇIQLANDI
- Dörd qadının olduğu "Prius" dərəyə aşdı: Hamısı sərxoş imiş
- Yevlaxda idarəetmədən çıxan avtomobil AŞDI - Xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
- Mingəçevirdə ağır QƏZA: Ölən var
Ən çox oxunanlar