Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zaqatalada strateji baxımdan əlverişli olan "Pəri qalası"
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin aparıcısı bu dəfə Zaqatalanın Yuxarı Çardaxlar kəndində yerləşən və çıxılması çətin olan Pəriqalanı fəth etməyə çalışıb.
O bildirib ki, Zaqatalada çoxlu kilsələr və müdafiə məqsədilə tikilmiş dörd qala var:
"Çingizqala, Kəbəloba qülləsi, Pəriqala və Zaqatala qalası. Bunların içində ən təhlükəlisi isə Pəriqaladır. Deyilənə görə, bu qalaya bələdçisiz çıxmaq çox müşkül məsələdir. Alban memarlığına xas olan Pəriqala 150-200 metr hündürlükdə dağ sıldırımında tikilib. 3 otaqdan ibarət qalanın ümumi sahəsi 30 kvadratmetrə yaxındır. Bu qalanın əsas özəlliyi isə ondadır ki, onun tikintisində daşdan istifadə olunmayıb, qala qaya çapılaraq inşa edilib".
"Pəri qalası"nın dəqiq inşa tarixi tam bəlli deyil. Qala strateji baxımdan çox əlverişli yerdə tikilib. Əraziyə gələn bütün yollar qaladan aydın görünür.
Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını qalaya qaldırar, düşmən ərazini tərk etmədən aşağı endirməzdilər. Əfsanəyə görə, qalanın adı da elə bununla bağlı olub: elin pərilərini, qızlarını qoruyan qala. Deyirlər ki, indiyə qədər Pəriqalanın ən yuxarısına çıxan olmayıb. "Kəndinə qayıt" komandası isə çətin və qorxulu yollardan keçərək bələdçinin köməyi ilə Pəriqalanı fəth edə bilib.
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- "Bahalı ev qızı" və "uşaq mənimdir, özüm bilərəm"
- Xronika: "Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi"
- Yanğında yanan maşınlara dəyən ziyanı kim ödəyəcək? - AÇIQLAMA
- Laçındakı unikal bulağın möcüzəvi sirri: "Böyrəkdən əməliyyat olanı görmədim"
- Keçmiş döyüşçülər azad olunan Aşağı Əskipara kəndində xatirələrini BÖLÜŞDÜLƏR