24 
Fev
2016
18:23
83
38
5305
Virtual karabakh

Ölkə kinoteatrlarında filmlər yalnız subtitrlə göstəriləcək

24 Fev, 2016
18:23
5305

Ölkə kinoteatrlarında filmlər yalnız subtitrlə göstəriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaydanı pozanları böyük məbləğdə cərimə gözləyir.

Azərbaycanda subtitri olmayan filmlər qeydiyyata alınmayacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib.

Onun sözlərinə görə, subtitrlə xarici filmlərin nümayiş olunmaması ictimaiyyətdə narahatlıq yaradıb:

Filmlərin qeydiyyata alınması ilə bağlı məsələ bizim üçün yaxşı imkandır. Bu məsələ bizi hər zaman narahat edib. Eyni zamanda, mətbuat da bu məsələni bir neçə dəfə qaldırıb.

Tərcüməni təmin etmək üçün kinoteatrlarla məsləhətləşmişik və onlara aprelin 15-ə kimi vaxt vermişik ki, öz distributorları ilə danışıq aparsınlar”, - deyə, Y.Şeyxov bildirib.

O qeyd edib ki, subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimə olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri