28 
Yan
2014
10:45
6
1
2357
Virtual karabakh

Məzahir Süleymanov – 70

28 Yan, 2014
10:45
2357

Məzahir Süleymanov – 70

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün əməkdar artist Məzahir Süleymanovun doğum günüdür.

Süleymanov Məzahir Həbulla oğlu 28 yanvar 1944-cü ildə anadan olub.

Oxu.Az xəbər verir ki, aktyor ADMİU-nun Dram və kino aktyoru fakültəsini bitirdikdən sonra, 1972-ci ilin noyabr ayından Sumqayıt Dövlət Musiqili Dram teatrında işləməyə başlayıb.

M.Süleymanov işlədiyi müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynamağa nail olub. Fransız dramaturqu C.B.Molyerin “Skapenin kələkləri” tamaşasında Oktav, Eston dramaturqu E.Rannetin “Azmış oğul” tamaşasında Lembin, gürcü dramturqu M.Beradzenin “Gecikən sərnişinlər üçün iki bilet” tamaşasında Bidzina, rus dramaturqu Qoqolun “Müfəttiş” komediyasında Podkolyosin, M.Lermantovun “Maskarad” tamaşasında Naməlum adam, Rumin dramaturqu Karacalenin “İtirilmiş məktub” tamaşasında Taraxanake, tatar dramaturqu A.Abdulinin “13-cü sədr” tamaşasında Prokuror, türk dramaturqu N.Hikmətin “Demoklisin qılıncı” tamaşasında Arxitektor, “Bayramın birinci günü” tamaşasında Vəli əfəndi və s. göstərmək olar.

Azərbaycan klassiklərindən: C.Cabbarlının “Solğun çiçəklər” əsərinin tamaşasında Axund, “Oqtay Eloğlu” tamaşasında Aslan bəy, “Vəfalı Səriyyə” tamaşasında Rüstəm, Ü.Hacıbəyovun “Arşın mal alan” tamaşasında Soltan bəy, C.Məmmədquluzadənin “Ölülər” tamaşasında Hacı Həsən, M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəlişah” tamaşasında Müsyo Jordan, S.S.Axundovun “Tamahkar” tamaşasında İmran, H.Nəzərlinin “Ayıl, bax bu dünyaya” tamaşasında Abbas Səhət, H.Cavidin “Afət” tamaşasında Qaplan, A.Şaiqin “Bir saatlıq xəlifə” tamaşasında Harun Ər Rəşid, Ə.Haqverdiyevin “Kimdir müqəssir” tamaşasında Qasım bəy və s. obrazlar aktyorun geniş diapazonuna malik olduğunu sübut edir.

Müasir dramaturgiyadan: Anarın “Adamın adamı” tamaşasında Tərs Tahir, R.İbrahimbəyovun “Park” tamaşasında Dost, V.Səmədoğlunun “Bəxt üzüyü” tamaşasında Tanrıbəy, M.Sülyemanlının “Dəyirman” tamaşasında Sarı Qasım, G.Xuqayevin “Varlı ev” tamaşasında Beçir, “Qocaların məhəbbəti” tamaşasında Qadutsa, Ç.Aytmatovun “Əsrə bərabər gün” tamaşasında Tansıkbayev, S.Başbəyovun “Dəmir qadın” tamaşasında Alimcan, Şamo Arifin “Qınamayın məni” tamaşasında Həbib, T.Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşasında Əli Əmirli və s. göstərmək olar.

M.Sülyemanov G.Xuqayevin “Bir köpək vardı” və “Ailə” əsərlərinin tamaşalarında Çoban və Jorci, Ç.Aytmatovun “Ümid sahili” əsərinin tamaşasında Orqan baba, N.Hikmətin “Bayramın birinci günü” tamaşasında Vəli Əfəndi, Yudcin Onilin “Qarağaclar altında məhəbbət” tamaşasında Kebolt, A.Babayevin “Xilaskar” əsərində Filosof-deputat kimi sanballı rolları özünəməxsus sənətkarlıqla yarada bilib.

M.Süleymanov “Yük” və “Yanmış körpülər” filmində Qubernator Şubinski və Səmədağa obrazlarını uğurla ifa edib.

2005, 2006 və 2012-ci illərdə M.Süleymanov Respublika Prezidentinin mükafatına layiq görülüb.  2006-cı ildə ona Azərbaycan Respublikasının Fəxri Əməkdar artist adı verilib.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri