Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanın Novruz təvəllüdlü tanınmışları
Bu gün Azərbaycan ədəbiyyatında və mədəniyyətində silinməz izi olan 3 sənətkarımızın doğum günüdür. Baharın gəlişi ilə dünyaya göz açan bu 3 sənətkarın adı xalqımızın yaddaşına sevgi ilə yazılıb.
Martın 22-si Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin anadan olmasının 105-ci ildönümü tamam olur. L.Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb.
L.Abdullayev kinoda ilk dəfə “Arşın mal alan” filmində (1945) Vəli rolu olub. Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib. O, bu rola görə 1946-cı ildə Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd edilib.
L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.
Bu gün həmçinin Xalq yazıçısı ,nasir, ədəbiyyatşünas, publisist, pedaqoq, ssenarist İsmayıl Şıxlının doğum günüdür. İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazağın II Şıxlı kəndində dünyaya göz açıb.
O, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986-1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.
Bu gün Azərbaycanın şair oğlu Səməd Vurğunun da adını sevgiylə anırıq. 1906-cı il martın 21-də Qazax ellərində dünyaya göz açmış Səməd Vurğun Azərbaycanın ən sevilən və tanınan şairi oldu desək yanılmarıq.
Elə təkcə hər kəsin dilində əzbər olan “Azərbaycan” şeiri ilə bu insan əbədiyyətə vəsiqə qazanıb.
İlhamə Rəsulova
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"