16 
Avq
2019
13:22
174
25
2723
Virtual karabakh

Xınalıqda Yaradıcı Mədəniyyət Mərkəzi yaradılır - ÖZƏL

16 Avq, 2019
13:22
2723

Xınalıqda Yaradıcı Mədəniyyət Mərkəzi yaradılır - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xınalıq Mədəniyyət Evinin yerində xüsusi Yaradıcı Mədəniyyət Mərkəzinin yaradılması nəzərdə tutulur.

Bununla bağlı Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, bu dəyişiklik Nazirlər Kabinetinin "Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda etdiyi qərara əsasən həyata keçiriləcək.

K.Quluzadə deyib ki, bu mərkəzdə turistlərə yerli yaradıcılıq nümunələri, xalçalıq, daş üzərində oyma, toxuculuq nümayiş etdiriləcək:

"Onlar yerli sənətkarlarla birgə bütün yaradıcı prosesdə iştirak edə biləcəklər. Nəticədə, yerli əhali həm turizm zəncirinə qoşularaq gəlir əldə edəcək, həm də mədəni irsimiz təbliğ olunacaq".

Agentlik rəsmisi əlavə edib ki, yaxın günlərdə müvafiq işlərə başlanacaq:

"Çünki mərkəzin lahiyələndirilməsi işləri görülməlidir. Ondan sonra digər işlər həyata keçiriləcək".

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri