Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İnsan ömrünün uzunluğunu hesablayan “ölüm kalkulyatoru” yaratdılar
Böyük Britaniya alimləri son onilliklər ərzində Dumanlı Albionun 110 mindən çox sakininin sağlamlıq vəziyyəti ilə bağlı böyük riyazi dəyişiklik modeli hazırlayıblar.
Mk.ru xəbər verir ki, bu, onlara ölkənin hər hansı bir vətəndaşının ömrünü proqnozlaşdıran “ölüm kalkulyatoru”nu yaratmağa imkan verib.
Mütəxəssislər alqoritmlərini 60 yaşdan yuxarı insanların məlumatları əsasında qurublar. 648 fərqli risk faktoru müəyyən edilib.
Toxumalar və orqanların qocalma xüsusiyyətləri genetika ilə yanaşı şəxsin pəhrizindən və pis vərdişlərindən çox asılıdır.
Uzun müddət hesab ediblər ki, qocalma prosesi gen aktivliyi səviyyəsində və onların fəaliyyət formasında demək olar, əks olunmadığına görə “ölüm kalkulyatoru” yaratmaq qeyri-mümkündür. Son illər məlum olub ki, insanın bioloji yaşını qanının tərkibini analiz etmək və əldə edilmiş məlumatlar üzərində işləməklə müəyyənləşdirmək mümkündür.