Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Reabilitoloq qocalmanı ləngitməyin sadə və təsirli yollarından danışdı
Yaşlanma əlamətlərini gecikdirmək və orqanizmi uzun müddət cavan saxlamaq üçün daimi olaraq fiziki aktivliyi qoruyub saxlamaq da daxil olmaqla sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək kifayətdir.
Bu barədə rusiyalı reabilitoloq Matvey Odintsev məlumat verib.
“Sağlamlığın qorunmasında düzgün qidalanmanın böyük rolu var. Şəkər, maya, spirt, un məmulatları və qazlı içkilərin qida rasionundan xaric edilməsi maddələr mübadiləsinə və bədənin ümumi sağlamlığının yaxşılaşmasına kömək edir”, - deyə ekspert bildirib.
O, əzələləri gücləndirməyə, gəncliyi qorumağa və uzun müddət sağlam qalmağa kömək edən müntəzəm idmanın da vacib olduğunu qeyd edib.
Reabilitoloq emosional vəziyyəti də vacib amil kimi qeyd edib. Onun fikrincə, stresdən, narahatlıqdan və təşvişdən xilas olmaq sağlamlığın və gəncliyin qorunması üçün böyük əhəmiyyət kəsb edir.
Mənbə: kp.ru