Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Soyuqdəymənin dərmanı olan quşüzümünün daha bir əvəzolunmaz xüsusiyyəti aşkarlandı - FOTO
Quşüzümü (mərcanı) digər faydalı xüsusiyyətləri ilə yanaşı ömrü də uzadır.
Bu barədə Pensilvaniya Tibb Kolleci və Xərçəng İnstitutundan bir qrup alim tərəfindən aparılan tədqiqatlardan sonra məlum olub.
15 il ərzində aparılan genişmiqyaslı araşdırma zamanı elm adamları 37 mindən çox insanın məlumatlarını təhlil ediblər.
Tədqiqatlar zamanı bu meyvənin immun sistemini gücləndirərək soyuqdəymədən qorumaqla yanaşı, ölüm riskini azaltdığı öyrənilib. Məlumata görə, quşüzümünün gündəlik istehlakı ölüm riskini 31% azaldır.
Qeyd edək ki, quşüzümü - kalium, fosfor, kalsium, dəmir, manqan, molibden, mis və s. faydalı maddələrin “anbarıdır”. Bundan başqa onun tərkibində ürək-damar sistemi üçün xoleretik, bakterisid, antispazmodik və qoruyucu təsir göstərən, qan damarlarının kövrəkliyini azaldan flavonoidlər var, həmçinin iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
Mənbə: KP.ru