İspaniyanın televiziya ulduzu və heyvansevər Frank Kuestanın maralı sığallamaq istəyi ona baha başa gəlib.
Belə ki, heyvan ona hücum çəkərək buynuzları ilə qayaya sıxışdırıb. Təcrübəli aparıcı fəndlə heyvanı bir neçə dəfə ram etməyi bacarsa da, ancaq marala güc gələ bilməyib. Heyvan onu sıxışdırıb.
Kadrların sonunda məşhur aparıcı üst-başı qan içində və paltarları cırılmış formada kamera qarşısına keçib.
Tanınmış aparıcının maral sığallamaq istəyi ona baha başa gəldi - VİDEO
Mənbə: “Svejesti” “Telegram” kanalı