Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ-da ata uşaqlarını öldürdükdən sonra intihar etdi
ABŞ-ın Biverton şəhərində (Oreqon ştatı) ata iki uşağını güllələyərək öldürüb, daha sonra intihar edib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Hadisə Redvul Qrik yaşayış kompleksində baş verib. Qadın yaxınlarının meyitlərini aşkar edib və “911” xidmətinə zəng edib. Adı açıqlanmayan şəxs 6 yaşlı oğlu və 8 yaşlı qızını öldürüb, daha sonra özünü güllələyib. Fakt qətl və intihar hadisəsi kimi nəzərdən keçirilir”, - Biverton Polis İdarəsinin dərc edilmiş bəyanatında deyilir.
Polislər Biverton sakinləri üçün təhlükənin olmadığını bildiriblər.
ABŞ-da bu qəbildən olan qətllər odlu silah sahibi olmaq haqlarına dair qızğın müzakirələrə səbəb olub.
www.oxu.az