Respublika partiyasının ABŞ Konqresinin Palatadakı nümayəndələr fraksiyasının koordinatoru Stiv Skelis Virciniya ştatının Aleksandriya şəhərində atışma nəticəsində yaralanıb.
Oxu.Az Lenta-ru-ya istinadən xəbər verir ki, bu barədə CBC News telekanalı Twitter hesabında məlumat yayıb.
Hadisə yerində hüquq-mühafizə orqanı əməkdaşları işləyir. İlkin məlumata görə, snayperin beysbol meydançasına atəş açması nəticəsində beş nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Daha öncə snayperin 50 dəfə atəş açdığı barədə məlumat yayılmışdı.
S.S.
www.oxu.az