ABŞ avtomobil şirkətləri “General Motors”, “Ford Motor” və “Fiat Chrysler” ölkənin Birləşmiş Avtomobil İşçiləri Birliyi ilə koronavirus pandemiyasına görə fəaliyyətlərini qismən dayandırmaq barədə razılığa gəliblər.
Bu barədə CNBC məlumat yayıb.
Daha əvvəl bildirilib ki, birlik COVID-19-a görə Detroytdakı zavodların avtomobil istehsalını iki həftəyə yaxın dayandırmağı tələb edib.
Şirkətlər 48 saat ərzində alternativ fəaliyyət planı hazırlayandan sonra birliklə danışıqlara başlayıblar.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 6300 nəfəri keçib, ən azı 100 nəfər bu virusdan ölüb.