Baltimorda yolun buz bağlaması nəticəsində 67 avtomobil toqquşub.
Oxu.Az bu barədə MIGnews-a istinadən xəbər verir.
Böyük miqyaslı qasırğadan sonra yol donub. ABŞ-da hava şəraiti ilə əlaqədar ümumilikdə yüzlərlə qəza qeydə alınıb.
Qəza nəticəsində benzindaşıyan sisternin körpüdən aşması nəticəsində 2 nəfər ölüb.
Baltimor dairəsində ümumilikdə 145 avtomobil toqquşub. Şəhər polisinə qəzalarla bağlı 200 məlumat daxil olub. Əlverişsiz hava şəraiti səbəbindən Baltimorun hava limanında 143 reys təxirə salınıb, 125 reys isə ləğv edilib.
N.O.
www.oxu.az