ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton tamaşaçıların əksəriyyətinin fikrincə, respublikaçı rəqibi Donald Tramp ilə debatın üçüncü mərhələsində qalib gəlib.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, bunu kanalın “Opinion Research Corporation” ilə birgə keçirdiyi sorğunun nəticələri göstərir.
Tamaşaçıların 52%-i Klintona, 39%-i isə Trampa üstünlük verib.
Əsas rəqiblər arasında son debatlar Nevada ştatında Las-Veqasda olub.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.
N.O.
www.oxu.az