ABŞ-ın Detroyt şəhərinin sakinləri koronavirus səbəbilə dünyasını dəyişən insanları maraqlı tərzdə yad ediblər.
Bu barədə “Haber Global” məlumat yayıb.
Əhali koronavirus qurbanlarını yad etmək üçün onların fotolarından istifadə edib. Belə ki, koronavirusdan dünyasını dəyişmiş 1500 nəfərin şəkli yol kənarında yerləşdirilib.