ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 28-ə çatıb.
İnsanların ölümü Nyu-York, Oklahoma, Kanzas, Kolorado da daxil olmaqla bir çox ştatlarda qeydə alınıb.
Ohayo ştatında magistral yolda üç avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb.
Daha üç nəfər Buffalo bölgəsində vəfat edib. Milli Meteoroloji Xidməti bəzi bölgələrdə temperaturun təhlükəli həddə olduğunu açıqlayıb.
İnsanlara kəskin soyuqlara hazırlaşmaq və küçəyə çıxarkən təhlükəsizlik tədbirlərinə əməl etmək tövsiyə olunub.
Mənbə: mk.ru
06:00
ABŞ-ın müxtəlif ştatlarında davam edən qar fırtınası nəticəsində 15 nəfər həyatını itirib.
Ən güclü çovğun Ohayo, Kanzas, Nyu-York və Missuri ştatlarında yaşanır.
Digər məlumata əsasən, Ohayo ştatında magistral yolda 50-yə yaxın avtomobil toqquşub. Çovğun səbəbindən Birləşmiş Ştatlar ərazisində 1 800 aviareys ləğv edilib.
Bİr milyondan çox insan işıqsız qalıb.
Mənbə: CNN