ABŞ-nin Kanzas ştatında 11 yaşlı məktəbli geologiya klubunun çöl ekspedisiyasında iştirak edərkən təxminən 85 milyon il əvvələ aid qədim dəniz sürünəninin bütöv skeletini tapıb.
Oxu.Az xəbər verir ki, bu nadir kəşf barədə "The New York Times" qəzeti məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin sentyabrında şagird karxanada qaya səthindən çıxan bir neçə böyük fəqərə sümüyü görüb. Aparılan üç əlavə qazıntı işi nəticəsində klubun üzvləri Təbaşir dövründə dənizlərdə hökmranlıq etmiş nəhəng dəniz sürünəni - 4.5 metrlik tilozavrı torpaqdan çıxarıblar. Aşkar edilmiş qalıqlara böyük kəllə sümüyü və skeletin əsas hissəsi daxildir.