ABŞ-nin Ayova ştatında yerli kollecin beysbol komandasını daşıyan avtobus magistral yolda qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, 32 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan üçü helikopterlə xəstəxanaya çatdırılıb.
Xəbərdə bildirilir ki, avtobus yoldan çıxaraq aşıb.
Faktla bağlı polis araşdırma aparır.