Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-də hərbçilər senatora hücum ediblər
ABŞ-də Corciya ştatından olan senator Atlantada Hartsfild-Cekson Beynəlxalq Hava Limanında amerikalı hərbçilərin satış məqsədilə miqrantları daşıdıqları görüntülərini çəkdiyinə görə onlar tərəfindən hücuma məruz qalıb.
Qeyd olunur ki, əsgərlər 30-a yaxın kişini hava limanından aparıblar. Senator və tabeliyində olan işçilər baş verənləri lentə almağa və bir neçə sual verməyə çalışıblar, lakin onlara hücum edilib və çəkiliş aparılan kamera və ya telefon götürülüb.
“Corciya ştatının senatoru və onun işçi heyəti ötən gecə hava limanında miqrant alveri əməliyyatını üzə çıxarıb lentə aldıqları üçün ABŞ hərbçiləri tərəfindən hücuma məruz qalıblar”, - məlumatda bildirilir.
Mənbə: gazeta.ru
Rəylər