Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatında kənd ərazisində elektrik dirəyinin zirvəsinə dırmaşan ayı bu həftə viral videonun qəhrəmanı olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" məlumat dərc edib.
Bazar ertəsi Nyu-Meksiko ştatının Qladstoun yaxınlığında çəkilmiş videoda ayının ağır-ağır nəfəs alaraq, yerdən xeyli yüksəklikdə tarazlığını saxlamağa çalışdığı, elektrik dirəyinin tirində qeyri-sabit şəkildə oturduğu görünür.
"New York Post" qəzetinin məlumatına görə, təbiəti mühafizə orqanlarının əməkdaşları ayını xilas edə bilməyiblər, heyvan elektrik cərəyanı vurması nəticəsində ölüb.
Mütəxəssislərin sözlərinə görə, vəhşi təbiətdə yaşayan ayılar çox vaxt itlərdən, nəqliyyat vasitələrindən və ya insanlardan hürkdükdə elektrik dirəklərini ağac zənn edib ora dırmaşaraq xilas olmağa cəhd edirlər.
Çərşənbə günü ABŞ Daxili İşlər Nazirliyi video yayımlayaraq, belə şərh verib: "ABŞ-nin enerji sahəsindəki üstünlüyünə göstərilən marağı təqdir edirik, lakin biz bunu nəzərdə tutmurduq".