Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ-də respublikaçılar Kiyevə yardım göstərilməsinə qarşı çıxırlar
ABŞ-də Respublikaçılar Partiyasının əksər tərəfdarı Ukrayna hökumətinin maliyyələşdirilməsinə qarşı çıxıb.
Oxu.Az-ın xəbərinə görə, bunu "The Wall Street Journal"ın sorğusunun nəticələri sübut edir.
Materialdan aydın olur ki, demokratların 83%-i ABŞ-nin Ukraynaya maliyyə yardımının davam etdirilməsini dəstəkləyib, özlərini respublikaçıların tərəfdarı kimi identifikasiya edən respondentlərin 79%-i isə buna qarşı çıxıb.
Sorğu, həmçinin göstərib ki, ABŞ-nin Ukraynaya dəstəyi daxili siyasi mübahisə predmetinə çevrilir və ölkənin Çini nəzarət altına almaq prioritetini əks etdirir.
Tədqiqat martın 27-dən aprelin 1-dək aparılıb və qeydiyyatdan keçmiş 1500 seçici sorğuda iştirak edib. Seçicilər telefon, onlayn və ya SMS vasitəsilə sualları cavablandırıblar.
"ABŞ-nin Ukraynaya yardımı" teqi üzrə xəbərlər
- Tramp: "Ukrayna Baydenin dövründə 350 milyard dolları uşağın əlindən konfet alırmış kimı qapıb"
- ABŞ Dövlət Departamenti Ukrayna ilə bağlı mövqeyini yenidən dəyişdi: Təslim olmaq niyyətində deyilik
- Tramp hətta pul qarşılığında Ukraynaya silah tədarükündən imtina etdi
- ABŞ Ukraynaya yardım üçün tələblərini 100 milyard dollara endirdi
- Kim daha çox Ukraynaya yardım edib: Avropa İttifaqı, yoxsa ABŞ?