ABŞ-ın dövlət katibi Reks Tillerson gələn həftə Myanmaya səfər edəcək.
Оxu.Az TASS-a istinadən xəbər verir ki, R.Tillerson səfər zamanı Myanma rəhbərliyi ilə görüşəcək. O, Rohinca müsəlmanları ilə bağlı yaranan humanitar böhrandan çıxış yolunu və ölkənin demokratiyaya keçidini müzakirə edəcək.
Dövlət katibinin ziyarəti ABŞ prezidenti Donald Trampın noyabrın 3-14-də Asiyaya səfəri çərçivəsində gerçəkləşir.
N.H.