ABŞ senatı Con Hantsmanın ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizədliyinə səs verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə senatın rəsmi "Twitter" hesabında məlumat verilib.
“Senat Yuta ştatından olan Con Hantsman-kiçiyi Rusiya Federasiyasında səfir vəzifəsinə təsdiq edib”, - deyə məlumatda bildirilir.
Rusiya tərəfi diplomatın ölkədə çalışmasına artıq ilkin razılığını (aqreman) verib.
N.O.