ABŞ-ın 5 sabiq prezidenti Florida və Texas ştatlarında, eləcə də, ABŞ-ın Virgin adaları və Puerto-Rikoda "Harvi", "İrma" və "Mariya" qasırğaları nəticəsində xəsarət alanlara yardım məqsədilə keçiriləcək xeyriyyə konsertinə toplaşacaq.
Oxu.Az TACC-a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı ABŞ-ın sabiq prezidenti böyük Corc Buşdur.
Xeyriyyə tədbirində sabiq dövlət başçısı ilə yanaşı, onun oğlu - kiçik Corc Buş, həmçinin Cimmi Karter, Bill Klinton və Barak Obama iştirak edəcək.
Həm bilet satışından, həm də konsert zamanı əldə olunacaq bütün vəsait bu il ABŞ ştatlarında tüğyan edən qasırğadan əziyyət çəkmiş sakinlərə yönəldiləcək.
Konsert oktyabrın 21-də, Texas ştatında, "Bütün qəlbimlə" şüarı altında keçiriləcək.
N.H.