Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq qərarı problem yaradıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison bildirib.
“Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır”, - deyə Key Beyli Hatçison “Washington Post” nəşrinə müsahibəsində bildirib.
Bununla belə, K.Hatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
“ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu, bizim marağımızda deyil. Bu, heç Türkiyənin özünün də marağında deyil”, - deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib.
A.S.
www.oxu.az