Puerto-Rikoda “Mariya” qasırğasından ölənlərin sayı 49 nəfərə çatıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik Departamentinə istinadən "NBC" telekanalı məlumat yayıb.
“Puerto-Rikoda ölənlərin sayı 49 nəfərə qədər artıb. 45 nəfər “Mariya” qasırğasından, 4 nəfər isə təbii fəlakətin vurduğu zərbədən sonra bakterial xəstəliklərdən ölüb”, - deyə telekanal öz “Twitter” mikrobloqunda yazıb.
Bundan əvvəl ölənlərin 43 nəfər olduğu bildirilirdi.
A.S.
www.oxu.az