Birləşmiş Ştatlar İrana qarşı sanksiyaların müddətini 10 il uzadıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, sənəd qüvvəyə minib.
Amerika qanunvericiliyinə görə, bu vaxta qədər prezident Barak Obama ABŞ Konqresinin qəbul etdiyi İran əleyhinə sanksiyaları ləğv edən qanun layihəsini ya imzalamalı, ya da rədd etməli idi. “Amma o, bunu etmədiyi üçün sənəd avtomatik olaraq qanuni qüvvəyə mindi”, - agentlik bildirib.
N.O.
www.oxu.az