ABŞ Silahlı Qüvvələri İrandakı hərbi obyektlərə yönəlmiş növbəti hücumlar seriyasını başa çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, ABŞ hərbçilərinin hədəfində komanda mərkəzləri, hava hücumundan müdafiə sistemləri, hərbi-dəniz infrastrukturu, eləcə də pilotsuz uçuş aparatları və raketlərin buraxılış mövqeləri olub.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatına görə, may ayının əvvəlindən bəri hərbçilər Hörmüz boğazından təxminən 900 ticarət gəmisinin təhlükəsiz keçidinə dəstək göstəriblər və bu müddət ərzində su yolu vasitəsilə 450 milyon barelə yaxın neft daşınıb..
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbə dalğasının başladığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə CENTCOM sosial şəbəkədə paylaşım edib.
Bildirilib ki, ABŞ Silahlı Qüvvələri Ali Baş Komandanın əmri əsasında İrana qarşı yeni hərbi əməliyyat mərhələsinə start verib.
"Cari gün ABŞ-nin Şərq Sahili vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə saat 00:00) ABŞ Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə İrana qarşı yeni zərbə dalğasına başlayıb", - deyə CENTCOM-un "X" platformasında yayımladığı paylaşımda qeyd olunub.