Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ Kaşıkçının qətli ilə bağlı sanksiyalar tətbiq etdi
ABŞ Səudiyyə Ərəbistanının 17 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az xəbər verir ki, Maqnitski Aktı çərçivəsində qəbul olunan sanksiyalar müxalif səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlıdır.
Sanksiyaya məruz qalmış Səudiyyə Ərəbistanı vətəndaşlarının konkret hansı məsələlərə görə günahlandırıldığı açıqlanmır.
Xatırladaq ki, Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər