Kasset bombalarının ABŞ-da son istehsalçısı “Textron Systems” şirkəti bu qəbildən olan bombaların istehsalını dayandırır.
Oxu.Az xəbər verir ki, bu barədə “Foreign Policy” məlumat yayıb.
Tərkibində mina və ya daha kiçik bombaların olduğu aviabombalara - kasset bombaları deyilir.
Bu qəbildən olan mərmilər yüzdən artıq ölkədə qadağan edilib, amma ABŞ Rusiya, Çin və bir sıra ölkələrin silahlanmasında hələ də bu mərmilər var.
Nəşrin məlumatına görə, “Textron Systems” şirkətinin istehsalı dayandırmaq qərarı Ağ Evin Səudiyyə Ərəbistanına “CBU-105” bombalarını satmaqdan imtina etməsindən sonra qəbul edilmişdi.
Səudiyyə Ərəbistanı bu bombaları hərbi əməliyyat zamanı Yəməni bombalamaq üçün istifadə edəcəkdi. Ər-Riyadın bu niyyəti hüquq-mühafizə təşkilatlarının, əsasən də “Human Rights Watch” və “Amnesty International” qəzəbinə səbəb olmuşdu.
Şirkətin nümayəndəsi Metyu Kollpits bildirib ki, istehsalın dayanması “kasset bombaları istehsalının dayandırılmasına dair qərar mövcud məhdudiyyətlər və məhsula olan sifarişlərin azalması ilə əlaqədar” olduğunu bildirib.
O, əlavə edib ki, kasset bombalarının istehsalından imtina “Textron Systems” şirkətinin personalının azalmasına və istehsalın konsolidasiyasına gətirib çıxaracaq.
www.oxu.az