ABŞ hökuməti 2016-cı ilin sentyabr ayında baş verən və 130 nəfərin öldüyü daşqınlarla əlaqədar Şimali Koreyaya humanitar yardım etmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə Koreyanın mərkəzi teleqraf agentliyinə istinadən TASS məlumat yayıb.
Hazırda ABŞ və Şimali Koreya arasında diplomatik münasibətlər yoxdur, bütün ikitərəfli məsələlər İsveçin Koreya Xalq demokratik respublikasındakı səfirliyi vasitəsilə həll edilir.
ABŞ prezidenti Donald Tramp nüvə və raket təhdidinin aradan qaldırılmasını KXDR üçün prioritet məsələ adlandırıb. O, Şimali Koreya hakimiyyətini nüvə və raket proqramını ləğv etməyə və təxribat xarakterli hərəkətlər etməməyə çağırıb.
N.O.
www.oxu.az