Bu gün Bakının Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən bildirilib.
Məlumata görə, məhdudiyyət Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsindəki 700 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir.
U.A.
www.oxu.az