Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ Türkiyəni ağır sanksiya ilə hədələdi
Ankara Rusiyanın S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsə, ABŞ Türkiyəyə “Patriot” zenit-raket komplekslərinin satışı ilə bağlı təklifini geri götürə bilər.
Bu barədə “Hürriyet” yüksək çinli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“Əgər S-400 komplekslərinin satışı prosesi davam etsə, biz Konqresdən icazə istəməyəcəyik və Türkiyəyə “Patriot” sistemlərini satmayacağıq. Türkiyənin S-400 komplekslərini alması bu ölkənin F-35 qırıcılarının proqramında iştirakını təhlükə altına qoyacaq və güman ki, CAATSA qanunumuza (İran, Şimali Koreya və Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdə tutan qanun - red.) uyğun olaraq sanksiyalara gətirib çıxaracaq. Bu bizi narahat edir”, - deyə o vurğulayıb.
Bir müddət öncə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib ki, Ankara hətta ABŞ-dan “Patriot” sistemlərini alsa da, S-400 komplekslərinin tədarükündən imtina etməyəcək. O qeyd edib ki, bu məsələlər bir-biri ilə əlaqəli deyil .
Rəylər