ABŞ Ukraynaya "Patriot" zenit-raket komplekslərinin istehsalı üçün lisenziya verəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.
* Tramp: "Ukraynanın Rusiyaya zərbələri müharibənin bitməsinə kömək edə bilər"
"Biz sizə "Patriot" istehsalı üçün lisenziya verəcəyik. Bu, kifayət qədər yaxşı fürsətdir", - deyə Tramp qeyd edib.
Bununla yanaşı, ABŞ Prezidenti yaxın vaxtlarda Ukraynaya birbaşa "Patriot" kompleksləri üçün hazır raketlərin tədarük edilməsi ehtimalını faktiki olaraq istisna edib. O, bu silahların hazırda ABŞ-nin öz müdafiəsi üçün də zəruri olduğunu vurğulayıb:
"Bizdə "Patriot" var, lakin onların sayı çox deyil. Həmin silahlar özümüzə də lazımdır".