ABŞ xüsusi təyinatlıları Suriya demokratik qüvvələrinə İŞİD terror qruplaşmasının yaraqlıları ilə mübarizədə kömək etmək üçün Rakka şəhərinə daxil olublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə France-Presse nəşri məlumat yayıb.
Polkovnik Rayan Dillonun sözlərinə əsasən, ABŞ xüsusi təyinatlıları yerli qüvvələrə təlim keçirlər və onlara döyüşlərdə kömək edirlər.
Qeyd edək ki, Rakka 2013-cü ildən İŞİD-in nəzarəti altındadır. Şəhər terrorçuların “paytaxtı” sayılır.
2016-cı ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiya Rakkanın zad edilməsi üçün əməliyyata başlayıb.
S.B.
www.oxu.az