Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Adidas"ın Türkiyədəki müştərilərinin məlumatları oğurlandı
Dünyaca məşhur idman geyim markası olan "Adidas"ın Türkiyə üzrə rəsmi sosial şəbəkə hesabında müştərilərin məlumatlarının oğurlandığı barədə məlumat verilib.
Bu barədə Oxu.Az NTV telekanalına istinadla xəbər verir.
Bildirilir ki, müştəri məlumatlarına dair təhlükəsizlik pozuntusu baş verib və məlumatlar sızdırılıb:
"Müştərilərin adları, elektron poçt ünvanları, telefon nömrələri, cinsiyyət və doğum tarixləri kimi məlumatlar ələ keçirilib".
Qeyd edilir ki, təhlükəsizlik problemi ödəniş kartları məlumatlarına və ya şifrələrə təsir göstərməyib.
"Adidas" teqi üzrə xəbərlər
Ən çox oxunanlar