Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq
Yaponiyanın avtomobil istehsalçısı "Nissan" ölkədəki, eləcə də xaricdəki bir sıra zavodlarını bağlamağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" insayderlərə istinadən məlumat verib.
Şirkət Yaponiyadakı iki sahədə istehsalı dayandırmağa hazırlaşır. Birincisi, 1961-ci ildən fəaliyyət göstərən Oppamadakı zavoddur. Bağlanmağa ikinci namizəd Senanedəki zavoddur ki, ana qurum "Nissan Shatai" şirkəti vasitəsilə onun yalnız yarısına sahibdir.
Optimallaşdırma bir sıra xarici müəssisələrə də təsir edəcək: Cənubi Afrika Respublikası, Hindistan, Argentina və Meksikada zavodların bağlanması planlaşdırılır. Bu yolla maliyyə sıxıntısı yaşayan "Nissan" cari xərcləri azaltmağa hazırlaşır.
"Avto-moto" teqi üzrə xəbərlər
- Rusiyada "Lada"nın yeni modeli təqdim edildi
- Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət
- Avtomobiliniz çox yanacaq sərf edirsə, səbəb xırda detallar ola bilər - Mütəxəssislərdən izah
- "Renault" islahatçısını itirdi: Luka De Meo istefa verdi
- Slovakiyada inanılmaz qiymətə VAZ-2105 satılır