Avropa İttifaqı Krıma qarşı sanksiyaları qüvvədə saxlayacaq və BMT ölkələrini bu qəbildən olan tədbirləri nəzərdən keçirməyə çağırıb.
Bu barədə Aİ diplomatiya rəhbəri Federika Mogerininin Avropa İttifaqı adından səsləndirdiyi bəyanatında bildirilib.
Bəyanat Avropa İttifaqı ölkələrinin XİN rəhbərlərinin Krımın Rusiyanın tərkibinə qaytarılmasının ildönümünə həsr edilmiş iclasında qəbul edilib.
“Aİ (Krımın Rusiya Federasiyasına birləşdirilməsini - red.) tanımamağa, o cümlədən də məhdudiyyətə dair mövqeyini tam olaraq qoruyur. Aİ-yə üzv ölkələri BMT-nin Baş Assambleyasının 68/262 bəyannaməsinə müvafiq olaraq tanımamağa dair tədbirləri nəzərdən keçirməyə çağırıb”, - bəyanatda deyilir.