Ukraynanın da sırasında olduğu beş ölkə Avropa İttifaqının (Aİ) qərarından sonra Rusiyaya qarşı sanksiyaların müddətinin artırılmasını qərara alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Aİ-nin saytında məlumat yayılıb.
“Aİ-yə üzvlüyə namizəd ölkələr Monte-Neqro və Albaniya, Avropa Azad Ticarət Assosiasiyasının ölkələri - Lixtenşteyn və Norveç, Avropa iqtisadi zonası üzvləri, eləcə də Ukrayna Şuranın sanksiyalarının müddətinin uzadılmasına dair qərara qoşulublar”, - sənəddə deyilir.
Ölkələr, beləliklə, Avropa İttifaqı Şurasının bu ilin sentyabr ayında Rusiyaya qarşı sanksiyaların müddətinin 2017-ci ilin mart ayının 15-nə qədər uzadılmasına dair qərara qoşulublar. Sənəddə, həmçinin qeyd edilir ki, Aİ bu qərara diqqət yetirib və alqışlayıb.
N.O.
www.oxu.az