Meksikanın Akapulko şəhərində həbsxanada baş verən iğtişaşlar zamanı ən azı 28 nəfər ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.
Bundan əvvəl bildirilirdi ki, məhbuslar arasında baş verən toqquşmalara nəticəsində beş nəfər həyatını itirib.
Kütləvi iğtişaşların səbəbi hələlik məlum deyil.
S.B.
www.oxu.az