Almaniya hökuməti Kataloniyanın birtərəfli şəkildə elan etdiyi müstəqilliyini tanımır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert Twitter səhifəsində yazıb.
“Birtərəfli şəkildə elan edilən müstəqillik beynəlxalq prinsiplərə ziddir. Federal hökumət bu cür müstəqilliyi qəbul etmir”, - o bildirib.
Zaybert həmçinin qeyd edib ki, İspaniyanın suverenliyi və ərazi bütövlüyü toxunulmaz qalacaq.
S.B.
www.oxu.az