Minlərlə insan Kataloniya parlamentinin yaxınlığında toplaşaraq müstəqilliyin elan edilməsini qeyd edirlər.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, İspaniya Senatı isə buna cavab olaraq regiona qarşı Konstitusiyasının 155-ci maddəsinin tətbiq olunmasına qərar verib. Bu, Kataloniyanın muxtariyyətinin müvəqqəti ləğvi və bölgənin mərkəzi hökumətin birbaşa idarəçiliyinə keçməsi deməkdir.
Küçələr çıxan insanlar “Azadlıq” və “Biz müstəqilik” kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçıları Kataloniyanın himnini ifa edirlər.
S.B.
www.oxu.az