Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına start verilib.
Oxu.Az-ın xəbərinə görə, turun açılış matçında “Qarabağ” klubu doğma meydanda paytaxtın “Səbail” komandasını qəbul edib.
Qarşılaşma Qurban Qurbanovun yetirmələrinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 43-cü dəqiqəsində Ansi Aqolli qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Azlıqda oynamasına baxmayaraq, Ağdam təmsilçisi sona qədər oyuna nəzarət edib və hakimin oyuna əlavə etdiyi dəqiqələrdə Əfran İsmayılovun vurduğu qolla qələbə qazanıb.
Bu qələbədən sonra xallarının sayını 22-yə çatdıran “Qarabağ” turnir cədvəlinə liderliyini davam etdirir. “Səbail” isə 9 xalla 6-cı pillədə qərarlaşıb.
S.B.
www.oxu.az