Almaniyanın Hemer şəhərində rus şairi və yazıçısı Aleksandr Puşkinin bürünc abidəsi oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfirliyinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Səfirlik xatırladıb ki, heykəltəraş Qriqori Pototskinin yaratdığı Puşkinin bürünc fiquru Hemer şəhərinə onun Rusiyadakı qardaş şəhəri Şolkovo tərəfindən hədiyyə edilib.

Qaynar xətt:
(055) 224 12 12