Ankarada İvedik Sənaye rayonunda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Oxu.Az Haber7-yə istinadən xəbər verir ki, hadisə avtomobil ehtiyat hissələri və mühərrik yağları satılan mağazada baş verib.
Partlayışın məişət qazı balonunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürən briqada cəlb edilib.
S.S.
www.oxu.az