"Vaşinqtonda əldə olunan razılaşmaya əsasən, bundan sonra Ermənistanla Azərbaycan arasında sülh olacaq".
Oxu.Az xəbər verir ki, bu sözləri Ermənistan KİV-ə müsahibəsində ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
A.Mirzoyan qeyd edib ki, gələcəkdə bu sənədin imzalanması və ratifikasiyası planlaşdırılır.