Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Atambayev Türkiyədə ciddi tibbi müayinədən keçəcək
Qırğızıstan prezidenti Almazbəy Atambayev Türkiyənin İzmir şəhərində Çeşmə rayonunda reabilitasiya keçir.
Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, döş qəfəsindəki ağrılardan şikayət edən Atambayev sentyabrın sonuna qədər Türkiyədə ciddi tibbi müayinədən keçəcək.
Məlumata görə, o, Çeşmədə yerləşən hotellərin birində yerləşib. Hotelin binasının yanında təcili tibbi yardım maşını növbə çəkir.
Prezident İstanbulda Atatürk aeroportunda özünü pis hiss edib.
Daha öncə Qırğızıstan prezidentinin Türkiyədəki xəstəxanaya yatırıldığına dair məlumat yayılmışdı.
Sentyabrın 19-da Atambayev Nyu-Yorka səfərini ürəyində yaranan problemlərə görə ləğv etmişdi. O, Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 71-ci sessiyasında iştirak etməli idi.
N.O.
www.oxu.az
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Ermənistanın ATƏT-in strukturları ilə bağlı mövqeyi sülhə maneələrdən biridir"
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
- Azərbaycanın qlobal sülhün gücləndirilməsi sahəsindəki diplomatiyası yüksək qiymətləndirilib
- Quterreş: "Kipr məsələsində mühüm irəliləyiş əldə edilib"
- Boliviyadan Sabunçuya daşınan yarım milyonluq kokain - Polis əməliyyatının MARAQLI DETALLARI