“ATƏT-in Parlamentlərarası Assambleyasında biz yalnız Ukrayna və Rusiyadan deyil, eləcə də Azərbaycan və Ermənistandan olan müxtəlif ölkələrin parlamentarilərinin görüşə biləcəyi platformalar yaradırıq və biz bu prosesi başlaya bilərik”.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a verdiyi müsahibədə ATƏT PA-nın sədri Kristin Muttonen bildirib.
Rusiya və Ukrayna arasında Minsk razılaşmalarından danışarkən o qeyd edib ki, hər iki tərəfdən addımlar atılmalıdır, çünki hazırda elə bir təəssürat yaranıb ki, razılaşmaların realizəsi dayanıb və irəliləyiş yoxdur.
N.O.
www.oxu.az